Fransanın “Air France-KLM” aviaşirkəti koronavirus pandemiyası fonunda yaranan böhran səbəbindən 7 580 işçisini ixtisar etməyi planlaşdırır.
Bu barədə BBC telekanalı məlumat yayıb.
Avropanın ikinci ən böyük aviaşirkəti hesab olunan “Air France-KLM” 2022-ci il üçün daha 6 560 əməkdaşın ixtisarını nəzərdə tutur.
Bildirildiyinə görə, ixtisar prosesi azı üç il çəkəcək.
Aviaşirkətin hesablamalarına əsasən, böhran bitəndən sonra əvvəlki gəlir səviyyəsinə yalnız 2024-cü ildə qayıtmaq mümkün olacaq.