Avstraliya turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edir

0
194

Avstraliya iyulun 6-dan ölkəyə gələn xarici turistlər üçün bütün koronavirus məhdudiyyətlərini ləğv edir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “The Independent” yazır.

Avstraliyaya səyahət edən hər kəs artıq COVID-19 statusunu təsdiqləyən bəyannaməni doldurmalı olmayacaq.

Beləliklə, Avstraliya hakimiyyəti ölkənin hava limanlarında növbələri azaltmağa, eləcə də daha çox xarici ixtisaslı işçi və turist cəlb etməyə ümid edir.

Bununla belə, Avstraliyaya uçan təyyarələrdə maska ​​taxmaq hələ də məcburi olacaq.

terefsiz.az