“Ayaks” baş məşqçisi ilə müqaviləni yeniləyib

0
254

Hollandiyanın “Ayaks” klubu əsas komandanın baş məşqçisi Erik ten Haqla müqavilənin müddətini uzadıb.

Terefsiz.az -ın klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 49 yaşlı mütəxəssis 2022-ci ilin yayına kimi Amsterdam təmsilçisinə rəhbərlik edəcək.

Hollandiyalı məşqçinin əvvəlki müqaviləsi 2020-ci ilin iyuluna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Erik ten Haq 2017-ci ildən “Ayaks”ın baş məşqçisidir. Komanda 2018-2019 mövsümündə Hollandiya çempionu olmaqla yanaşı, ölkə kubokunu da qazanıb. “Ayaks” bu mövsüm Çempionlar Liqasında İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” komandalarını mübarizədən kənarlaşdırsa da, yarımfinalda İngiltərə “Tottenhem”ini keçə bilməyib.

Terefsiz.az