Bəşəriyyət milyonlarla il ayaqyalın keçinib və yalnız son bir neçə əsrdə ayaqqabı geyinməyə başlayıb. Tədqiqatçı alimlərin sözlərinə görə, ayaqyalın gəzəndə daban fərqli şəkildə formalaşır. Ayaqabının yaratdığı təzyiq nəticəsində daban böyüyür, pəncə isə daralır. Ayaqqabısız çox gəzənlərin isə ayağı daha genişlənir, dolayısı ilə təzyiq dabana yox, pəncə və ayaq barmarlarına daha çox yayılır.
Terefsiz.az xarici mətbuata istinadən xəbər verir ki, çox sayda bioloji aktiv nöqtələrin ayaqda cəmləşdiyi çoxlarına məlumdur. Pəncə və dabanın masajla müntəzəm stimullaşdırılması daxili orqanların fəaliyyətini yaxşılaşdırır, immun sistemini artırmağa kömək edir və yastıayaqlığın qarşısını alır.
Alimlər bu qənaətə gəlib ki, uşaq nə qədər tez ayaqyalın gəzməyə başlasa, bir o qədər yaxşıdır. Ən azı ilk 9 ayda uşağa ayaqqabı geyindirmək olmaz. Ayağın aktiv şəkildə formalaşması uşağın ilk addımları ilə başlayır və birinci sinifə getməsi ilə sona çatır. Odur ki, uşağın yeriməyə başlamasından 7 yaşına qədərki dövr vacibdir, sonra çox gec ola bilər!
Bütün məktəb yaşına çatmamış uşaqlar üçün normal hesab edilən fizioloji ayaq yastlığına qalib gəlmək üçün qeyri-bərabər səthdə yeriyən zaman həmişə pəncəni yükləmək lazımdır. Bu da o deməkdir ki, əsas təzyiq dabana yox, pəncəyə verilməlidir. Bu, əzələləri işləməyə məcbur edəcək, daban sümüyünü bərkidəcək və onun düzgün formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Harada ayaqyalın gəzmək xeyirdir?
Çimərlikdə qum ayaqları masaj edərək sakitləşdirir və rahatlaşdırır, bu, ayaqlar üçün təbii skrabdır;
Çəmənlik ayaqlarda sinir uclarını stimullaşdırır;
Uşaqların kəskin temperatur dəyişikliyi olan səthlərdə (qaynar qum, isti asvalt, qar və buz) ayaqyalın gəzməyi tövsiyə edilmir.
Mühüm tövsiyələr:
Yayda təbiətə üz tutun və uşağın ayaqqabısını çıxardın. Qoy o, çınqıl, ot, qum, kələ-kötür meşə yollarında ayaqyalın gəzsin.
Qışda ortopedik xalçalardan istifadə edin. Onlar sərt və yumşaq otun səthini təqlid edir.
Əgər yer və imkan varsa, kiçik tramplin alın. Onun üzərində uşaq tullananda əzələlər gərilir və pəncə böyüyür.
Uşağa divanda və yataqda ayaqyalın gəzməsini qadağan etməyin.
Uşağa evdə səndəl geyindirməyə tələsməyin. Mütəxəssislərin fikrincə, döşəmədə ayaqyalın gəzmək ayağın inkişafına ayaqqabıdan daha yaxşı təsir edir.
Terefsiz.az