Azəbaycanda ötən il gömrükdən büdcəyə daxilolmalar proqnozdan 23 % çox olub

0
104

2022-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmaları proqnozdan 23 % çox olub.

“Terefsiz.az” Komitəyə istinadən xəbər verir ki, bunu qurumun sədrinin I müavini Ismayıl Hüseynov ötən ilin yekunlarına həsr edilmiş müşavirədə bildirib.

“2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 1 milyard manat artıq deməkdir” – deyə o qeyd edib.

terefsiz.az