Azərbaycan çempionu avrokubokla vidalaşıb

0
173

Kişi həndbolçular arasında Azərbaycan çempionu “Məhsul” avrokuboklarda növbəti oyununu keçirib.

Terefsiz.az-ın məlumatına görə, “Challenge Cup”da çıxış edən Bakı klubu II mərhələnin cavab matçına çıxıb.

Azərbaycan təmsilçisi Norveçdə “Drammen” klubu ilə görüşüb. İlk matçda 16:38 hesabı ilə uduzan “Məhsul” qarşılıqlı razılığa görə Drammendə baş tutan ikinci görüşün nominal meydan sahibi olub.

Skandinaviyalılar ilk yarısında 20:12 hesabı ilə öndə olduqları qarşılaşmada yenə də qalib gəliblər – 36:22. “Məhsul”da Üzeyir Səlimov 6, Sergey Dubovik, Sabir Nəzərəliyev, Ramazan Muradov hərəyə 3, İslam Slemanov 2 qola imza atıb. Kamran Məmmədov, Aleksandr Serqunin, Emin Aydəmirov, Saleh Vəliyev və Hüseyn Aydəmirov hərəyə bir qol vurub.

Qeyd edək ki, hər iki oyunda uduzan “Məhsul” avrokubokla vidalaşıb.

istinad:apa.az