Azərbaycan təmsilçisi “Eurovision-2019″un finalına vəsiqə qazanıb

0
290

Azərbaycanın Tel-Əvivdə (İsrail) keçirilən “Eurovision-2019” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev yarışın final mərhələsinə vəsiqə qazanıb.

Terefsiz.az saytı xəbər verir ki, Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında “Truth” mahnısını ifa edib.

Finala vəsiqə qazanan 10 ölkə arasında Azərbaycanla yanaşı Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniyanın da adı var. Ermənistan təmsilçisi finala vəsiqə qazana bilməyib.

Terefsiz.az