Azərbaycan XİN rəhbəri: “Ermənistan təxribatlardan əl çəkmir”

0
77

“Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmir”.

“Terefsiz.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Portuqaliyanın Xarici Əlaqələr və Əməkdaşlıq üzrə dövlət katibi Fransisko Andre ilə görüşü zamanı deyib.

Nazir qeyd edib ki, Ermənistan öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmır, mina təhdidlərini davam etdirir.

Habelə, azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu vurğulayan nazir Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıqdan bəhs edib.

terefsiz.az