Azərbaycana qanunsuz yolla pul keçirmək istəyən şəxs tutuldu

0
167

Rusiyadan Azərbaycana qanunsuz yolla pul keçirmək istəyən şəxs saxlanılıb.

TEREFSİZ.AZ xəbər verir ki, bu barədə “YamalPro” xəbər yayıb.

Məlumata görə, artıq Sverdlovsk Nəqliyyat Prokurorluğu nağd pul vəsaitlərinin qaçaqmalçılığında ittiham olunan Yamal sakini barəsində ittiham aktını təsdiqləyib.

Nəqliyyat prokurorluğunun versiyasına görə, təqsirləndirilən şəxs “Koltsov” Hava Limanının beynəlxalq terminalında olarkən Azərbaycan Respublikasına aparılan üç milyon rubldan (82200 AZN) çox nağd pulun deklarasiyasını həyata keçirməyib, bu isə gömrük sərhəddindən pul vəsaitlərinin qanunsuz keçirilməsi sayılır.

Müsadirə olunan pul cinayət işində maddi sübut kimi tanınıb və gömrükdə müvəqqəti saxlama kameralarına yerləşdirilib. Əgər xaricə qanunsuz pul ixracında onun təqsiri sübut olunarsa, bütün məbləğ dövlət büdcəsinə keçəcək.

Bundan əlavə, təqsirləndirilən şəxsi qanunsuz köçürülmüş pul məbləğinin üçdən on mislinədək miqdarında cərimə gözləyir.

Cinayət işinə Yekaterinburqun Oktyabrski Rayon Məhkəməsi baxacaq.