Bu gün Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Terefsiz.az Report.az-a istinadən xəbər verir ki, minik avtomobili idarəetməni itirərək yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpılıb.
Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıblar.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, şəhər xəstəxanası, bütün şəhər strukturları hadisə ilə bağlı fəaliyyət başındadırlar:
“Şəhər xəstəxanasında bütün imkanlar xəsarət alanların müayinə və müvafiq müalicəsi üçün səfərbər olunub, bütün tibb personalı təcili surətdə işə çağrılıblar”.