Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində ciddi artım baş verib

0
74

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində ciddi artım yaşanıb.

“Terefsiz.az” xəbər verir ki, “Aİ-95” premium markalı benzinin dəyəri 25 % bahalaşaraq 2 manat təşkil edəcək.

Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub.

Hazırda dünya bazarında neft qiymətlərinin 50 dollar səviyyəsindən 100 dollardan yüksək səviyyəyə yüksəldiyi üçün, “Aİ-95” premium markalı benzinin qiymətində də buna uyğun olaraq artım yaşanıb.

terefsiz.az