“Bu ilin on ayında 81 uşaq zorakılığa məruz qalıb”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə “Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi” mövzusunda keçirilən regional konfransda bildirib.
Onun sözlərinə görə, bu ilin on ayı ərzində Dövlət Komitəsinə müxtəlif mənbələrdən cinsi zorakılıqla bağlı 15, uşaq intiharı və intihara cəhdlə bağlı 4, küçə həyatına məruz qalmış uşaqlarla bağlı 12 müraciət daxil olub.