Azərbaycanda daha bir şantaj işi – Bu dəfə qurban kişi olub

0
287

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etdiyini bildirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri ilə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Terefsiz.az