Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilib.
Məlumata görə, sistemin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşıb.
“Google Pay” 2015-ci ilin sentyabr ayında yaradılıb, “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər “ağıllı” cihazlarda çalışır.
“Google Pay” ödəniş sistemini “Play Store”dan yükləyib istifadə edə bilərsiniz.Xatırladaq ki,bu tətbiq vasitəsi ilə “NFC” texnologiyası olan cihazlarda,kart əvəzinə birbaşa “ağıllı cihaz” istifadə etmək mümkündür.