Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.
APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.
Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.
Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.
Faktla bağlı araşdırma aparılır.
istinad:oxu.az