Azərbaycanda koronavirusa yoluxanların vəziyyəti açıqlandı

0
134

“Koronavirusa yoluxan xəstələrin vəziyyəti stabildir”. 

TEREFSİZ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, karantinə alınan şəxslərin sayı daim dəyişdiyindən hazırda karantində nə qədər adamın olmasını demək mümkün deyil:

“Müayinə və müşahidələr davam edir. Nəticələrlə bağlı məlumatlar Operativ Qərargah tərəfindən ictimaiyyətə verilir”.