Azərbaycanda orta aylıq əmək haqqı 9% artıb

0
292

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 1 580,8 min nəfər olub. 

Terefsiz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 896,2min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,9%-i tikinti, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% artaraq 577,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xatırladaq ki, martın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 38,5% artırılaraq 180 manata çatdırılıb.

Terefsiz.az