Azərbaycandakı kredit ittifaqları bu ilin 9 ayını zərərlə başa vurub.

0
206
Symbolfoto für Kredit

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,9 milyon manat xalis zərərlə başa vurub.

Terefsiz.az saytı bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 1,8 milyon manat, əməliyyat xərcləri 0,8 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat təşkil edib.

Terefsiz.az