Azərbaycanın 32 məscidinə dini rəhbər təyin olunub

0
129

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 02 avqust 2022-ci ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

“Terefsiz.az” bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.

terefsiz.az