Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərində II Xəzər İqtisadi Forumunda iştirak edəcək.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, Ə.Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyada işgüzar səfərdədir.
Baş nazir səfər çərçivəsində həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.