Azərbaycanın zorxana idman növü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

0
73

Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

“Terefsiz.az” xəbər verir ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

“Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, – Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.

terefsiz.az