Azərbaycanlı 20 yaşlı rejissor İraqda birinci yer tutub

0
1064

Terefsiz.az saytı xəbər verir ki, azərbaycanlı gənc rejissor qız İraq kino festivalında birinci yerə layiq görülüb.

Gənc rejissor haqqında;

Zəhra Mirrza Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasında təhsil alıb. Gimnaziyanı rejissorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bitirdiyi il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və Televiziya” fakultəsinin rejissorluq ixtisasına daxil olub. Müəllimləri Şərif Qurbanəliyev və “Xalq artisti” Oktay Mirqasımdır.

İstedadlı ilə seçilən gənc rejissor Zəhra Mirrzanın 2018-ci ildə çəkdiyi “Qanadlı Möcüzə” filmi bu günədək 19 festivalda seçilmişdir.

Daha 3 festivalda isə finalist olmuşdur. Filmin ideyası heç bir sıxıntının, heç bir çətinliyin yaradıcılıq gücünə, daxili azadlığa qalib gələ bilməyəcəyi haqqındadır.

Ssenaridə bu hadisəni 1937-ci illərdəki Repressiya dönəminə uyğunlaşdırılıb. Filmdə “Əməkdar artist” Bəhruz Vaqifoğlu, “Fəxri mədəniyyət işçisi” Kərəm Hadızadə və Zəhra Mehdizadə iştirak edib.

Zəhra Mehdizadənin 9 yaşı olmağına baxmayaraq, rolunun öhdəsindən peşəkarcasına gəlmişdir.

Filmin Prodüseri Elşən Əli Nur, operatoru Vasif İbrahimov, işıqçı Murad Məmmədov, rəng və montaj Dr.Nicat Zeynallı, rəssam Bahar Dəmirli, geyim üzrə rəssam Əziz Məmmədov, qrim ustası “Əməkdar incəsənət xadimi” Elbrus Vahidov, musiqi və səs Rabil Səfərli, poster tərtibatı Orxan Bektaşdır. Çəkiliş üçün şəraiti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yaratmışdır.

“Qanadlı möcüzə” filmi bu yaxınlarda İraqda keçirilən görkəmli 2019 5.Al-Nahj Beynəlxalq Film Festivalının isə “Ən yaxşı film” mükafatına layiq görülmüşdür. Qeyd edim ki, bu festivalda ölkəmizi təmsil edən yeganə həmyerlimiz Zəhra idi.

Festivalın ən gənc iştirakçısı olan Zəhra 14 ölkədən, 56 iştirakçını geridə qoyaraq 100 qramlıq saf qızıl mükafatı vətənə gətirdi.

Qeyd edim ki, gənc rejissor ayın sonu üçün İranda keçiriləcək, 9th Varesh İnternational Film Festivalına da dəvətlidir.

Terefsiz.az