Azərbaycanlı alim 200-dən az bal yığan abiturientləri təhqir edib” 200 bal yığa bilməyən şagird yetişdirməkdənsə, barama qurdu yetişdirmək daha sərfəlidir”

0
283
Azərbaycan Milli Elmlər Akademiyasının alimi Əpoş Vəliyev imtahanlarda 200-dən aşağı bal toplayan abiturientləri təhqir edib. Criminal.Az xəbər verir ki, alim həmin şəxsləri barama qurdu ilə müqayisə edib. “Məktəbdə 200 bal yığa bilməyən şagird yetişdirməkdənsə, barama qurdu yetişdirmək daha sərfəlidir. Heç olmasa ipəyə olan tələbatımızı qarşılayarıq”, – deyə Ə.Vəliyev özünün Facebook səhifəsində qeyd edib.
Xatırladaq ki, ali məktəblərə 1-4-cü qruplara sənəd verənlərin hər iki nəfərindən biri imtahandan 2 alıb. Bu Dövlət İmtaha Mərkəzinin keçən imtahanlarının təhlilində verilən məlumatdır. DİM-in çap etdiyi “Abiturient” jurnalının 12-ci sayında qeyd edilir ki, 2017-ci ildə ali məktəblərə sənəd verənlərin 49%-i imtahanlardan 2 alıb. Yəni sənəd verən hər iki nəfərdən biri keçid balı olan 200 balı toplaya bilməyib.