Azərbaycanlı fotoqraf Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsində mükafata layiq görülüb.

0
281

Azərbaycan Fotoqraflar Birliyinin üzvü  Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsində mükafata layiq görülüb.

Terefsiz.az xəbər verir ki, Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsinin yekun nəticələri elan olunb. Müsabiqəyə 25 fərqli ölkədən qatılan fotoqraflar arasında  idman kateqoriyası üzrə   Azərbaycan Fotoqrafları Birliyinin üzvü fotoqraf  Fərqanə Qasımlı Top-10 finalisti olaraq  Distinction və Merit mükafatlarına layiq görülüb. 2018 ci ildə isə Fərqanə Qasımlı FEP-dən “Avropa Fotoqrafı” (EP) kvalifikasiyasını qazanmışdır.

Qeyd edək ki ,FEP Awards komandasının verdiyi məlumata görə bu ilki müsabiqəyə göndərilən şəkillər baxımından ən böyük müsabiqəmiz oldu. 25 fərqli ölkədən 300 –dən çox fotoqrafdan 2600-dən çox şəkil aldıq.29 beynəlxalq hakimdən ibarət bir komanda və yarışın sədri Johan Brouwers ilə birlikdə bu fotoşəkillərin arasından ən yaxşılarının arasından ən yaxşısını seçmək üçün çox çalışdıq.Bütün qalibləri təbrik edirik.