Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı açıqlanıb.
FED.az xəbər verir ki, immiqrasiya və ofşor vergi planlaması ilə məşğul olan «Nomad Capitalist» konsaltinq şirkəti dünyanın ən yaxşı pasportlarının reytinqini açıqlayıb.
Reytinqin hesablanmasında, digər göstəricilərlə yanaşı, vətəndaşların vizasız səyahət edə bildiyi ölkələrin sayı da nəzərə alınıb. Reytinqə əsasən, Azərbaycan vətəndaşları vizasız olaraq 67 ölkəyə səyahət edə bilərlər.
Keçmiş sovet respublikaları üzrə bu göstərici Litvada 181, Latviyada 180, Estoniyada 179-dur. Ukrayna vətəndaşları 129 ölkəyə, Moldova 120 ölkə, Rusiya 118 ölkə, Gürcüstan 116 ölkəyə vizasız səyahət edə bilərlər. Qazaxıstan vətəndaşları 76 ölkə, Belarus 75 ölkə, Ermənistan 65 ölkə, Qırğızıstan 63 ölkə, Tacikistan 58 ölkə, Özbəkistan 57 ölkə, Türkmənistan vətəndaşları isə 53 ölkəyə vizasız gedə bilərlər. Qonşu ölkələrdən Türkiyə pasportu vizasız 111 ölkəni, İran vətəndaşları isə cəmi 41y ölkəni ziyarət etməyə imkan verir. Azərbaycanın müxtəlif növ pasportları ilə vizasız səyahət etmək mümkün olan ölkələr aşağıdakılardır:
Azərbaycanın ümumvətəndaş pasportuna malik vətəndaşları üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
Ölkənin adı | İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət | |
1 | Belarus | 90 gün |
2 | Gürcüstan | 90 gün |
3 | Qazaxıstan | 90 gün |
4 | Qırğızıstan | 90 gün |
5 | Moldova | 90 gün |
6 | Özbəkistan | 90 gün |
7 | Rusiya Federasiyası | 90 gün |
8 | Tacikistan | 90 gün |
9 | Ukrayna | 90 gün |
10 | Türkiyə | 30 gün |
Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
Ölkənin adı | Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət | |
1. | İran | 15 gün |
2. | Serbiya | 90 gün |
3. | Şimali Makedoniya
(2019-cu ilin 15 sentyabrından 2021-ci ilin 15 martınadək) |
90 gün |
4. | Monteneqro | 90 gün |
5. |
Bosniya və Herseqovina
|
90 gün |
6. | Honq-Konq
(Çinin Xüsusi inzibati ərazisi – yalnız diplomatik və xidməti pasport) |
14 gün |
7. | Malayziya
(ümumvətəndaş, diplomatik, xidməti pasport) |
30 gün |