Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazandı

0
199

Azərbaycan cüdoçusu Nurlan Osmanov Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.  

Terefsiz.az Oxu.Az-a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıl olaraq İsrail, Türkiyə, Gürcüstan və İtaliya təmsilçilərinə qalib gələrək finala yüksəlib.

O, qızıl medal uğrunda qarşılaşmada Rusiya idmançısı Murad Çobanova məğlub olub.

Bu gün mübarizəyə qoşulan Elçin Hüseynov (-66 kq), Balabay Ağayev və Rəşad Yelkiyev (hər ikisi -60 kq) medal qazana bilməyib.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 3-də yekun vurulacaq.

istinad:oxu.az