Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib

0
68

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.

Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məhkəmənin qərarını pozduğuna görə müvafiq qərar qəbul edəcək. 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini də yerinə yetirməyib. Eyni zamanda, bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib. Həmçinin Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, – nazir müavini vurğulayıb.

terefsiz.az