TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycan Oslodakı yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında dünyada 7-ci yeri tutub.
Beləliklə, müstəqillik bərpa olunandan sonra güləşçilərin dünya çempionatlarında qazanılmış medalların sayı 78-ə çatıb. Azərbaycan 16 qızıl, 28 gümüş və 34 bürünc medalla Polşanı geridə qoyub və 16-cı pilləyə yüksəlib.
Qeyd edək ki, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.
Terefsiz.az