Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Beynəlxalq Turnirə heç-heçə ilə başlayıb.
“Terefsiz.az”ın məlumatına görə, yığma A qrupunun ilk turunda Çexiya seçməsi ilə qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan görüşdə qapılara qol vurulmayıb.
Bu qrupun ilk matçında Serbiya millisi Gürcüstana minimal hesabla qalib gəlib – 1:0.
Qeyd edək ki, turnirə mayın 6-da yekun vurulacaq.