Azərbaycan millisinin futbolçusu Moskva “Dinamo”suna keçir

0
153

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev karyerasını Rusiyanın “Dinamo” klubunda davam etdirəcək.

Terefsiz.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, 23 yaşlı forvard Moskva təmsilçisinin düşərgəsinə gələrək tibbi baxışdan keçəcək.

Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. O, Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub.

Qeyd edək ki, “Dinamo” son mövsümdə 33 xalla 12-ci yeri tutub.

Terefsiz.az