2022-ci ildə Azərbaycan 2 992 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 10,3% çoxdur.
Təkcə ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracının dəyəri 875,2 milyon ABŞ dolları təşkil edib ki, bu da III rüblə müqayisədə 32,8% çoxdur.
Təkcə dekabr ayında isə qeyri-neft məhsullarının ixracının dəyəri 303,5 milyon ABŞ dolları olub.