Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb

0
196

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılmışdır.

Terefsiz.az xəbər verir ki, dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək şura üç işçi qrupundan ibarətdir. Birinci işçi qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci işçi qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü işçi qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək.

Kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyiyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamlarından təşkil olunan Kino Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

  1. Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru, Şuranın sədri.
  2. Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi Qrupu:
  • Fikrin Bektaşi – hüquqşünas;
  • Orxan Əliyev – kino maliyyəçisi;
  • Leyla Vəzirzadə – kinoşünas, Şuranın Katibi.
  1. Ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi Qrupu:
  • Yavər Rzayev – rejissor, ssenarist;
  • Mirbala Səlimli – rejissor, ssenarist;
  • Fariz Əhmədov – rejissor, prodüser;
  • Cahangir Səlimxanov – mədəni irs üzrə ekspert, Avropa Mədəniyyət Parlamentinin üzvü;
  • Roman Orkodaşvili – ssenarist, redaktor, «Что? Где? Когда?» (Rusiya) komandasının üzvü;
  • Orxan Abbasov – operator, Paris Beynəlxalq Kino və Televiziya Məktəbinin məzunu;
  • Mansur Şəfiyev – rejissor-animator;
  • Aygün Aslanlı – kino tənqidçisi;
  • Aydın Talıbzadə – teatrşünas.
  1. Layihələrin iqtisadi qiymətləndirilməsi (pitçinq) üzrə İşçi Qrupu:
  • Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru;
  • Rüfət Həsənov – “Debüt” studiyasının direktoru;
  • Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru;
  • Orman Əliyev – Bakı Media Mərkəzinin direktoru;
  • İlqar Nəcəf – “Buta Film” prodüser mərkəzinin təsisçisi;
  • Əli-Səttar Quliyev – “Mozalan” studiyasının direktoru;
  • Kamran Qasımov – “AzerNyuMedia” kino şirkətinin icraçı direktoru, “Cinema Radio” layihəsinin rəhbəri;
  • Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar meneceri.