Azərbaycan şahmatçıları “Norway Chess” turnirində mübarizəyə başlayır

0
97

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək.

“TEREFSİZ.AZ”ın məlumatına görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar MəmmədyarovTeymur Rəcəbov da mübarizə aparacaq.

Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.

Dairəvi sistemlə təşkil olunan 1 günlük turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcək.

Qeyd edək ki, Norway Chess” turniri 31 may – 10 iyunda gerçəkləşəcək.

 

TEREFSİZ.AZ