Azərbaycan vətəndaşlarının dollara olan hazırkı orta tələbi açıqlandı.

0
1819

 

“Bu gün Azərbaycana xaricdən gələn şok daha çox iqtisadi deyil, psixoloji xarakter daşıyır”.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Real tv-yə verdiyi açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov Elman Rüstəmov

“Biz inamla əhaliyə nümayiş etdirik ki, valyuta ehtiyatlarımız var. Bank sektorunun xarici valyutaya olan tələbi ödənilir. Bunun davam etdirmək fikrindəyik. Bu gün Azərbaycan vətəndaşlarının milli valyutanı xarici valyutaya çevirməsinin orta məbləği 4 min ABŞ dolları və yaxud təxminən 7 min manatdır. Bu da əhalinin orta gəlirliliyə malik, yığım etmiş hissəsidir.

İnsanlar inanmalıdır ki, Azərbaycan hökuməti, AMB lazımi tədbirləri görür və bu vəziyyət tezliklə sabitləşəcək, istənilən vaxt və növbəsiz yenə də xarici valyuta almaq mümkün olacaq. Hazırda banklarda iş yükü adi vaxtlarla müqayisədə 5-7 dəfə çoxdur. Onlar bu yükü çətinliklə çəkir. Çünki, banklarda iş rejimi, işçilərin sayı bir nəfərin 15 dəqiqə ərzində bankda işini yekunlaşdırmasına hesablanıb. Hətta bəzən bank sahibləri deyirlər ki, onlar digər işlərini (kredit verilməsi, pul köçürülməsi və s) görə bilmirlər”, – deyə o, qeyd edib.

Terefsiz.az