Azərbaycan XİN: “ABŞ-ın Ermənistandakı səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq”

0
72

“ABŞ-ın Ermənistandakı Səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq”.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ-ın Ermənistandakı Səfirliyinin 23 sentyabr 2022-ci il tarixli açıqlaması ilə bağlı şərhində bildirilir.

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur“, – şərhdə deyilir.

XİN ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb:

Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur. Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır”.

terefsiz.az