Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır – RƏSMİ AÇIQLAMA 

0
271

Hələ işğaldan əvvəl təkcə Kəlbəcər rayonunda 34 yeraltı faydalı qazıntı yatağı olub. Bu rayonun ərazisində təsdiq olunan yataqlarda 143 ton qızıl ehtiyatı var.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev bildirib ki, Kəlbəcərdə hasil edilən qızıl xarici ölkələrə satılıb. 

 

Kəlbəcər həm də su ehtiyatlarına görə ən zəngin rayonlardan biridir. Ərazisində dünyaca məhşur bir neçə mineral su hövzələri yerləşir ki, bunların da müalicəvi əhəmiyyəti var. Ancaq erməni silahlı birləşmələri işğal müddətində bu su hövzələrinə ciddi ziyan vurub.

 

İşğaldan azad olunan ərazilərdəki və Kəlbəcər rayonundakı mövcud ehtiyatlar yenidən öyrəniləcək. Bütün yeraltı, yerüstü sular üzrə vurulan ziyan hesablanacaq. Artıq bununla bağlı yol xəritəsi də hazırlanıb.

 

TEREFSİZ.AZ