Azərbaycanda bu miqrantlara güzəşt edildi

0
150

Azərbaycanın Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun bu gündən qüvvəyə minib.

Terefsiz.az -ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, yeni qanuna əsasən, bu gündən 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və I dərəcə əlilliyi olan şəxslər daimi yaşama icazəsi alınması ilə bağlı imtahandan azad olunurlar.

V.Hüseynov qeyd edib ki, dəyişikliklər barədə ətraflı məlumatlar Miqrasiya Xidmətinin elektron resurslarında və qəbul şöbələrində yer alacaq. Yeni qaydaların tətbiqi ilə bağlı hər hansı qeyri-müəyyənlik və ya suallar olarsa, Dövlət Xidmətinə müraciət edilə bilər.

Qanunda yer alan dəyişikliklər aşağıdakıladır:

1. Müvəqqəti olma müddətinin (viza müddəti və ya vizasız qaydada 90 günlük müddət) uzadılması üçün əsas olan hallar artırılır. Belə ki, əcnəbi şəxsin olma müddətinin uzadılması artıq onun yaxın ailə üzvlərinə də şamil edilir;

2. Yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılması üçün yeni imkanlar təmin edilir. Nümunə üçün iş icazələri 12 günə, daimi yaşama icazələri 35 günə;

3. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onların daimi yaşama icazələrin ləğv edilməsi qaydası dəyişir. Bu şəxslər və ölkə iqtisadiyyatına 500 min manat məbləğdə investisiya yatıran şəxslərə artıq bu tələb şamil edilmir;

4. Daimi yaşama icazəsi verilərkən şəxsin ölkədə son iki il fasiləsiz yaşaması tələbi müəyyən edilir;

5. Yaşama icazələri ilə bağlı vəsiqələrin müəyyən edilmiş müddətdən sonra 30 gün ərzində götürülmədiyi təqdirdə bu icazələr ləğv edilir.

İstinad: Oxu.az

Terefsiz.az