Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub – RƏSMİ

0
141

Azərbaycan Respublikasında iki yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Terefsiz.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

istinad:oxu.az