Bu il fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 42 milyard 14,8 milyon manat təşkil edib.
“Terefsiz.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 % az, illik müqayisədə isə 21,3 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin yanvarın sonuna 28 milyard 914,8 milyon manat təşkil edib. Bu, ötən ilin dekabrın sonuna olan analoji göstəricidən 2,2 %, illik müqayisədə isə 25,1 % çoxdur.