Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 544,97 milyon manat təşkil edib.
“Terefsiz.az” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21 % artaraq 366,082 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 26,2 % artaraq 1 120,934 milyon manat, aksizlər üzrə daxilolmalar 50,7 % artaraq 43,988 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 15,1 % artaraq 13,965 milyon manat olub.