Azərbaycanda iki rayon ləğv edilə bilər

0
569

Azərbaycanda şəhər və rayonların iderəedilməsində struktur dəyişikliyi çərçivəsində Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv edilə və idarəetmə şəhər administrasiyasında cəmləşə bilər.

 

Demokrat.az xəbər verir ,bu istiqamətdə artıq təkliflər səsləndirilməkdədir. Qeyd edilir ki, Gəncə şəhərinin idarəetmə strukturunun analoqu yoxdur. Belə ki, Bakı istisna olmaqla, ölkənin digər böyük şəhərlərinin heç biri şəhərdaxili rayonlara bölünməyib.

 

Ekspertlərin sözlərinə görə, bu bölgə idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması üçün vacibdir.

 

Həmçinin bir-birini təkrarlayan idarəetmə aparatının ləğvi büdcə xərclərinin də qənaəti deməkdir. /Fins.az