Azərbaycanda müştəri kababçını bıçaqladı

0
133

Ağdamda kafedə bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən kafelərdən birində kababçı işləyən Kərimov Murad Malik oğlu kafeyə gələn rayon sakini Rahib Qasımov tərəfindən bıçaqlanıb.

Yaralı M.Kərimov Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Hadisəni törədən R.Qasımov Ağdam polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

istinad:oxu.az