Azərbaycanda qoyuna görə qan töküldü

0
134

Yevlax rayonunda iki qonşu arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Terefsiz.az-ın məlumatına görə, hadisə Aşağı Salamabad kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Orxan Məmmədov qoyunlarını qonşuları – 1992-ci il təvəllüdlü Araz Qarayev və 1989-cu il təvəllüdlü Elçin Hüseynovun əkin sahələrində otarıb.

Bu zaman onlar arasında dava düşüb və O.Məmmədov bıçaq ilə A.Qarayevin kürək  və qarın nahiyələrinə xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İlhamə Əbülfət

istinad:oxu.az