Azərbaycanda suyun təhlükəsizliyinə dair ekoloji standartlar yaxşılaşdırılacaq

0
68

Azərbaycanda suyun təhlükəsizliyi ilə əlaqədar ekoloji standartları yaxşılaşdırmaq məqsədilə araşdırmalar aparılır və müvafiq tədbirlər hazırlanır.

“Terefsiz.az” xəbər verir ki, bunu Bakıda keçirilən “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda konfransda “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bildirib.

“İçməli sular üzrə 53, tullantı suları üzrə 59 olmaqla 112 parametrdə analizlər aparılıb. Qurğuların çıxış suyuna nəzarət edilməklə ekoloji çirklənmənin qarşısı alınıb. Azərbaycanda su ehtiyatlarının 70 %-i transsərhəd çaylardan asılıdır. Bu, kifayət qədər böyük rəqəmdir, sudan istifadəyə səmərəli və qənaətlə yanaşmağımızın vacibliyini daha da artırır. Hazırda “Azərsu” ölkə üzrə 1 milyon 760 min abunəçiyə su təsərrüfatı və tullantı suların idarəedilməsi üzrə xidmət göstərir. Onların 70 %-i Abşeron yarımadasının, 30 %-i isə regionların hesabına düşür. Ölkə üzrə 2 700 kilometr magistral su kəməri və 21 min kilometr su şəbəkəsi istismar olunur”.

terefsiz.az