Azərbaycanda tullantı sularının təmizlənərək kənarlaşdırılmasına dair layihələr hazırlanıb

0
71

“Azərsu” ASC-nin sifarişi ilə Xəzər dənizinin sahilindəki, eləcə də ölkənin digər şəhər və rayonlardakı yaşayış məntəqələrində formalaşan tullantı sularının qüvvədə olan normativlərə uyğun təmizlənərək kənarlaşdırılması istiqamətində layihələr hazırlanıb.

“Terefsiz.az” xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli “Ekspert saatı”nda bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin 54 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr icra edilir: “Onlardan 30-da, eyni zamanda tullantı su sistemlərinin inşası işləri davam etdirilir. Hazırda 24 yeni təmizləyici qurğunun inşası başa çatdırılıb. Onlardan 20-nin artıq istismara verilməsinə nail olunub. Dörd qurğunun da istismara verilməsi üçün hazırlıq işləri davam etdirilir. Abşeron yarımadasında da bu kimi işlərin aparılması üçün də layihələr var”.

terefsiz.az