Azərbaycanda xarici valyutada kreditlər 20% azalıb ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
180

Bu il aprelin 1-nə Azərbaycanda milli valyutada kreditlər 10 mlrd 575 mln manat təşkil edib.

 

TEREFSİZ.AZ saytı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 1,6%, ilin əvvəlinə nisbətən 3,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,3% çoxdur.

 

Martın sonuna xarici valyutada kreditlər 4 mlrd 153 mln manat olub ki, bu da, fevralın sonu ilə müqayisədə 1,4% az, ilin əvvəlinə nisbətən 4% az, illik müqayisədə isə 20% azdır.

Terefsiz.az