Azərbaycanda yeni agentlik yaradılır – FƏRMAN ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
471

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. 

 

Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır.

Müəyyən edilir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.

 

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün yeddi üzvdən ibarət Müşahidə Şurası yaradılır. Agentliyin fəaliyyətinə cari rəhbərliyi beş üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

 

Müşahidə Şurasının dörd üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, üç üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

– Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

– “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

– Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

İstinad: azərtac

 

TEREFSİZ.AZ