Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb

0
268

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 4 903,337 mln. kubmetr həcmində təbii qaz ixrac edib.

Terefsiz.az -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 871,621 mln. ABŞ dolları təşkil edib.

Bu ilin beş ayında ixrac olunan təbii qazın həcmi ötən ilin müvafiq dövründən 78,8%, dəyəri isə 74,7% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,1% olub.

Terefsiz.az