Azərbaycanın xəmir mayası istehsalçısı törəmə müəssisəsini yaradacaq.

0
1051

Fevralın 25-i saat 10:30-da “Azər-Maya” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında olacaq.

 

Yığıncağın gündəliyinə “Azər-Maya”nın törəmə müəssisəsinin yaradılması və bununla əlaqədar digər məsələlər daxildir.

 

Xatırladaq ki, “Azər-Maya” 1973-cü ildən fəaliyyət göstərən keçmiş Bakı Bulka-Maya Zavodunun bazasında 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 444 340 manatdır. Şirkət ölkənin preslənmiş xəmir mayasına olan tələbatını ödəyir.

 

TEREFSİZ.AZ