Azərbaycanla Gürcüstan arasında ali təhsil və elm sahələrində əməkdaşlıq müzakirə edilib

0
87

Elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə iki ölkə arasında ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulanıb.

“Terefsiz.az” xəbər verir ki, Emin Əmrullayev bu barədə tviterdəki hesabında yazıb.

“Mayın 19-da Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirdik. Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edirdilər.

Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirildi, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulandı”, – Elm və təhsil naziri qeyd edib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə bu ölkədə səfərdədir.

terefsiz.az